Zlatan İbrahimoviç: “MLS-dən getsəm, kimsə bu çempionatla maraqlanmaz”

14:54 - 25 Oktyabr 2019

İlin sonunda “Los-Anceles Qalaksi” ilə müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç gələcək karyerasından danışıb.

 

Sportal.az xəbər verir ki, isveçli forvard MLS-də qalacağı halda, dünyanın bu çempionatı izləməyə davam edəcəyini deyib:

 

“MLS-də qalsam, liqa üçün müsbət hal olar. Çünki bütün dünya bu yarışı izləməyə davam edəcək. Əgər Zlatan getsə, kimsə bu çempionatla maraqlanmayacaq”.

 

38 yaşlı forvard bu mövsüm 29 oyuna 30 qol vurub.

Xəbər xətti