Roberto Bordin: "Futbolçular vaxtında reaksiya verdi"

20:02 - 27 Oktyabr 2019

Azərbaycan Premyer Liqasında IX turun “Sumqayıt” – “Neftçi” (2:4) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, italiyalı çalışdırıcı əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Komandamı təbrik edirəm. Gözəl oyun göstərdik. Baxmayaraq ki, penalti qolu ilə hesabda geri düşdük, futbolçular vaxtında və düzgün reaksiya verdi. Sona qədər dominant tərəf idik. Layiqli qələbə qazandıq.

 

- Demək olarmı ki, artıq meydanda istədiyiniz “Neftçi”ni görürsüz?
- Bir period var idi ki, komanda özünə bənzəmirdi. Ardıcıl 4 qələbə qazandıq. Bu, futbolçuların əziyyətinin bəhrəsidi. Biz yalnız tapşırıqları veririk, icra edən oyunçulardı. Oyundan oyuna daha yaxşı çıxış edirik.

Xəbər xətti