Ayxan Abbasov: "Neftçi"yə qarşı belə səhvlər etmək olmaz"

Azərbaycan Premyer Liqasında IX turun “Sumqayıt” – “Neftçi” (2:4) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki. əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- “Neftçi”ni təhlil etmişdik. Son vaxtlar yaxşı formada olduqlarını bilirdik. Ən çox da hücum xətti çox güclüdü. Onlara qarşı belə səhvlər etmək olmaz. İlk dəqiqələrdə qol vurduq, ancaq hissənin sonuna qədər hesabda geri düşdük. Diqqətsizlikdən qollar buraxdıq. Fasilədən sonra nəyisə dəyişmək istədik, ancaq yenə qapımızda toplar gördük. Qış fasiləsinə kimi belə davam edəcəyik. Çempionat ağır keçir. Növbəti oyunlara hazırlaşacağıq.

 

- Matçdan sonra azarkeşlərlə söhbətiniz oldu. Nə danışırdız?
- Məğlubiyyət onlara pis təsir edib. Azarkeşləri başa düşürəm və səbrli olmağa çağırıram. Çalışacağıq ki, növbəti oyunlarda onları sevindirək.

Tarix: 27 Oktyabr [20:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio