APOEL-də ciddi itkilər

17:59 - 30 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL Kipr I Liqasının 8-ci turunda AEK-lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Nikosiya təmsilçisi AEK-lə oyuna tam tərkibdə hazırlaşa bilmir.

 

Bakıda "Qarabağ"la matçda zədələnən 23 yaşlı kiprli müdafiəçi Nikolas İoannu məşqlərə başlayıb.

 

"Nea Salamina" ilə matçda zədələnən Praxitelis Vourosun zədəsi ciddi deyil və sabahdan məşqlərə başlayacaq.

 

Roman Bezyak, Alef dos Santos, Tomas De Vinsenti və Antonio Yakolişin durumu qeyri-müəyyəndir. AEK-lə qarşılaşmada oynamayacağı gözlənilən futbolçuların "Qarabağ"la matça yetişmələri çətin görünür.

 

APOEL - "Qarabağ" oyunu noyabrın 7-si Nikosiyadakı GSP stadionunda baş tutacaq.

Xəbər xətti