"90 dəqiqə 100 faiz düzgün qərarlar verən hakim olmayacaq" - Hakimlər Komitəsinin sədri

13:21 - 2 Noyabr 2019

UEFA Hakimlər Komitəsinin sədri Roberto Rosetti açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli italiyalı futbol mütəxəssisi VAR-dan danışıb:

 

"UEFA VAR-a böyük önəm verir. Azarkeşlər unutmasın, bu sistem hakimlərə görə deyil, futbol üçündür. Oyun hər şeydən öncə gəlir. Daha sonra ədalətli qərarlar, düzgün hakim idarəçiliyi. Hakim qərarlarının düzgün olması üçün əlimizdən gələni edirik. Doğru hakim qərarları bizim ən böyük məsuliyyətimizdir".

 

52 yaşlı keçmiş hakim 100 faiz doğru qərarların olmayacağını deyib:

 

"Minimum müdaxilə, maksmimum fayda olmasını istəyirik. Bu şüarı sevirəm. Futbol meydanlarında heç zaman qüsursuz hakim idarəçiliyi olmayacaq. Heç kim səhvsiz deyil. 90 dəqiqə ərzində 100 faiz düzgün qərarlar verən hakim olmayacaq".

 

Komitə sədri 4-5 ildə VAR sisteminin dəyişəcəyini söyləyib:

 

"4-5 il sonra VAR çox dəyişəcək. İndiki texnologiyanı ən yaxşı şəkildə istifadə edirik. Mütəxəssislər VAR-ı daha yaxşı hala gətirmək üçün çalışır. Ən böyük hədəfimiz oyundankənar vəziyyət epizodlarında tez və 100 faiz doğru qərar verməyimizdir. AÇ-2024-ün seçmə mərhələ oyunlarda yaxşı və yenilənmiş VAR sisteminin olması üçün çalışırıq".

Xəbər xətti