"Tarixdə nəticə qalır" - APOEL rəsmisi

Kiprin APOEL klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi zəfəri şərh edib:

 

"Kimsə bu zəfəri kiçiltməsin. Futbolda nəticə önəmlidir. Yaxşı oynamasanız da nəticə önəmlidir. Çünki tarixdə oyunun hesabı qalır. Qələbə qazanarkən xarakteriniz ortaya çıxır. Dünən gecə dəstəyə ehtiyac var idi. "Düdelanj"a məğlubiyyətdən sonra vəziyyət pisləşmişdi. Qrupda 3 komanda 1/16 final üçün iddialıdır. Fərq ciddi deyil. Detallara görə, mübarizə son dəqiqəyə qədər davam edəcək. Nə olacağını görəcəyik, bəlkə də son anda bəlli olacaq".

 

Nektarios Petevinos mətbuat konfransında komandanın baş məşqçisi Tomas Dollun jurnalistlərə əsəbi cavab verməsinə münasibət bildirib:

 

"Onun jurnalistlərə hörmət etmədiyi barədə fikirlərlə razı deyiləm. Suallara cavab verdi, oyundan danışdı. Bəzi suallar sərt olur və cavab da elə alınır. Bir şeyi sual verəndə bunu daha yumşaq şəkildə də edə bilərsiniz. Hər baş məşqçinin öz futbol düşüncəsi var və komandaya gələndə həmin sistemi aşılamaq istəyir".

Tarix: 8 Noyabr [13:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio