Nicat Qurbanovdan Gürcüstanda daha bir qol

16:37 - 10 Noyabr 2019

Gürcüstanın I Divizionunda 34-cü turun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, Nicat Qurbanovun formasını geyindiyi "Samtredia" evdə "Qaqra"ya 3:0 hesabı ilə qalib gəlib.

 

Qurbanov oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 37-ci dəqiqədə ilk qolun müəllifi olub.

 

Yayda komandaya qoşulan Nicat 6 qol, 3 assistlə komandasına fayda verib.

 

"Samtredia" 71 xalla ikinci yerdə qərarlaşıb. Turnir cədvəlinə 81 xalla Tbilisinin "Merani" klubu başçılıq edir.

Xəbər xətti