Ben Devis: "Qara Qarayevə qarşı oyamaq çox çətindir"

12:26 - 17 Noyabr 2019

Uels millisinin futbolçusu Ben Devis AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qalib gəldikləri (2:0) matçdan sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi bu görüşdə şanslı olduqlarını söyləyib:

 

"Azərbaycan yığması rəqiblərə çətinlik yarada bilir. Fikrimcə, nəticə komandanın səviyyəsini əks etdirmir. Azərbaycan yaxşı çıxış etdi. Əminəm ki, gələcəkdə rəqiblər millinizlə oynamaqdan çəkinəcəklər. Bu gün şanslı idik. 3 gün sonra bizi Macarıstanla böyük oyun gözləyir. Növbəti mərhələ ümidlərimizi bu oyuna saxlamışıq".

 

Devis xüsusilə Qara Qarayevə qarşı oynamağın çətin olduğunu bildirib: "Yaxşı futbolçularınız var. Cinahda çox yaxşı oynayırlar. Mərkəzdə kapitanınız Qara Qarayevin çıxışını xüsusi qeyd edərdim. Çox yaxşı top saxlayır. Ona qarşı oynamaq olduqca çətin idi. Çətin oldu. Bizə problem yarada bildilər".

Xəbər xətti