"Los-Anceles Qelaksi"dən ayrılan Zlatan İbrahimoviç karyerasını keçmiş klubu "Milan"da davam etdirə bilər.
Sportal.az xəbər verir ki, isveçli futbolçunun agenti Mino Rayola klub nümayəndələri ilə görüşüb. 38 yaşlı forvard "qırmızı-qaralar"dan yüksək maaş tələb edir. "Milan" məvacibdə endirim edilməsini istəyir.
Zlatan MLS klubunda 58 oyuna 53 qol vurub. İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da çıxış edib.
Tarix: 21 Noyabr [11:11]
|
|
Müəllif: Sportal.az
|