Ermənistan Futbol Federasiyasının rəhbəri AÇ-2020-yə yollanmadıqları üçün istefa verdi

00:40 - 22 Noyabr 2019

Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanezyan istefa verib.

 

Sportal.az xəbər verir ki, o, yığma komandanın AÇ-2020-nin seçmə mərhələsində uğursuz çıxışı və son turda İtaliyaya 1:9 hesablı məğlubiyyətinə görə vəzifəsindən ayrıldığını bildirib. İcraiyyə Komitəsi onun istefasını qəbul edib.

.

Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, general-mayor olan Vanezyan federasiyaya 2018-ci ilin sentyabrından rəhbərik edirdi.

 

Ermənistan AÇ-2020-nin seçmə mərhələsində 10 xal toplamışdı.

Xəbər xətti