"Sevilya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı - VİDEO

02:02 - 25 Noyabr 2019

İspaniya La Liqasında 14-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya" səfərdə "Real Valyadolid"ə 1:0 hesabı ilə qalib gəlib.

 

Əndəlüsiyalılar 13-cü dəqiqədə Ever Baneqanın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla qalib gəlib.

 

"Sevilya" noyabrın 28-i Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ı qəbul edəcək.

 

Komanda La Liqanın turnir cədvəlində 27 xalla 3-cüdür. "Barselona" və "Real" 28 xalla turnir cədvəlində 1-2-ci yerləri bölüşür.

 

 

Xəbər xətti