"Qarabağ" - "Düdelanj": FAKTLAR

UEFA-nın saytı Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda baş tutacaq “Qarabağ” – “Düdelanj” (Lüksemburq” oyunu barədə yazı dərc edib. Məqalədə aşağıdakı məqamlara toxunulub:

 

- “Qarabağ” və “Düdelanj” Bakıda üz-üzə gələcəklər. Tərəflər fərqindədi ki, onların iyulda Çempionlar Liqasının I təsnifat mərhələsində başlayan avrokubok macərası bu mövsümlük başa çatır. Hər iki komandanın qrupda qaldığı V turda rəsmiləşdi.

 

- Azərbaycan klubunun 4 xalı var – “Düdelanj”dan 1 xal artıq. Lüksemburqlular ilk turda APOEL ürəzindəki 4:3 hesablı səfər qələbəsindən sonra bütün görüşlərdə məğlub olub. “Qarabağ” isə öz meydanında qələbəyə həsrətdi.“Sevilya”ya 0:3 uduzan komanda APOEL-lə heç-heçə edib – 2:2.

 

Əvvəlki oyunlar

 

- “Qarabağ” 4 xalın 3-nü II turda Lüksemburqda keçirilən görüşdə “Düdelanj”ı 4:1 hesabı ilə məğlub edərək qazanıb. Bu, onların qrup mərhələlərində ən böyükhesablı qələbəsidi.

 

- Komandalar 3 mövsüm əvvəl Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gəlmişdi. Qurban Qurbanovun “Qarabağ”ı öz meydanında Ruçard Almeydanın dublu – II tur oyununda da qol vurmuşdu – ilə qələbə qazanmış, səfərdəki 1:1 hesablı heç-heçədən sonra mərhələ keçmişdi.

 

- Bunlar “Qarabağ”ın Lüksemburqdan olan rəqiblərə qarşı bütün görüşləridi. Eyni zamanda “Düdelanj” da Azərbaycan təmsilçilərindən yalnız ağdamlılara qarşı mübarizə aparıb.

 

“Qarabağ”

 

- “Qarabağ” son Azərbaycan çempionudu. Onlar 2018/19 mövsümündə “Neftçi”ni 8 xal qabaqlayaraq ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə çempion oldular. Bununla yanaşı, 5-ci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

 

- Komanda bu mövsüm mübarizəyə Çempionlar Liqasında başlasa da, III mərhələdə APOEL (Kipr) səddini keçə bilmədi. Avropa Liqasının pley-off mərhələsində “Linfild”i mübarizədən kənarlaşdıran Ağdam klubu qruplara yüksəldi.

 

- “Qarabağ” qrup mərhələsində keçirdiyi son 9 ev matçında qələbə qazanmayıb. Bunların 7-də uduzan Azərbaycan klubu Şempionlar Liqasının 2017/18 mövsümündə Madrid “Atletiko”su ilə qolsuz heç-heçə edib, bu mövsüm APOEL-lə 2:2 hesablı bərabərliyə razılaşıb. Komanda ən ağır ev məğlubiyyətini ötən mövsüm “Sportinq”dən alıb – 1:6.

 

“Düdelanj”

 

- “Düdelanj” 15-ci dəfə ölkə çempionu olaraq, Çempionlar Liqasında oynamaq hüququ qazandı. Ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində ÇFR-i mübarizədən kənarlaşdırmaqla qrup mərhələsinə vəsiqə qazanan ilk Lüksemburq klubu oldu. Qrupda keçirdikləri beş oyunda uduzdular, yalnız “Betis”lə 0:0 hesablı heç-heçəyə nail oldular.

 

- “Düdelanj” ötən mövsümdə olduğu kimi, bu il də Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırdı. Komanda “Valetta” ilə oyunlarda uğursuzluğa düçar oldu (2:2, 1:1). Lüksemburq təmsilçisi Avropa Liqasında Şimali Makedoniyanın “Şkendiya”, Estoniyanın “Nomme Kalyu” və pley-offda Ermənistanın “Ararat” klubunu mübarizədən kənarlaşdırdı.

 

- “Düdelanj” Avropda son beş ev görüşünü uduzmayıb – iki qələbə, üç heç-heçə. Ötən mövsüm komanda qrup mərhələsinin ev oyunlarında qol vurmayıb.

 

- Komanda son Avropa Liqasının qrup mərhələsində keçirdiyi 5 səfər oyununda öz qapısında 19 qol görüb. “Düdelanj” hər görüşdə qapısında azı 3 top görüb.

 

Əlaqələr

 

- Növbəti oyun “Qarabağ”ın yarımmüdafəçisi Miçel üçün 50-ci avrokubok oyunu olacaq.

 

- “Düdelanj” və “Qarabağ” son iki mövsüm ölkələrini qrup mərhələlərində təmsil edən yeganə klublardı.

 

Baş məşqçilər:

 

-  Qurban Qurbanov Azərbaycan millisində 68 oyuna 14 qol vurmaqla yığma tarixində bombardir ünvanına sahibdi. Futbolçu karyerasında klublarını tez-tez dəyişsə də, 2009-cu ilin avqustundan “Qarabağ”ı çalışdırır. Komanda onun rəhbərliyi altında ardıcıl 6 dəfə Azərbaycan çempionu olub və 4 dəfə ölkə kubokunu qazanıb. Ağdamlılar ardıcıl 6-cı dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir. Bunlardan biri Çempionlar Liqası qrupu olub. O, Çempionlar Liqasının qruplarına qalan ilk azərbaycanlı baş məşqçidi. 2018-ci ildə Azərbaycan milli komandasını da çalışdırıb.

 

- Belçika millisinin sabiq futbolçusu Bertrand Krasson həmyerlisi Emilio Ferreranın istefasından sonra baş məşqçi postuna gəldi. Keçmiş müdafiəçi Belçika yığmasında 26 oyun keçirib və DÇ-1998-in iştirakçısı olub. Bu ilin sentyabrından “Düdelanj”ın məşqçilər korpusunda yer alır. “Düdelanj” Krassonun rəhbərliyi altında ilk dəfə qrup mərhələsində qələbə qazanıb.

Tarix: 7 Dekabr [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Yanvar 2020
28  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio