Bolqarıstan millisinin üzvü Azərbaycan klubuna keçə bilər

12:12 - 9 Dekabr 2019

Bolqarıstan millisinin qapıçısı Georgi Georgiyev karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, ölkəsinin “Slaviya” klubunda forma geyinən 31 yaşlı qolkiper Azərbaycan, Qazaxıstan və Ermənistan klublarından təklif alıb. Sofiya təmsilçisinin Gerogi üçün gələcək təklifləri qış fasilsəində dəyərləndirəcəyi bilirilir.

 

Karyerası ərzində “Svilenqrad”, “Şerif”, “Botev”, “Vereya” kimi klubların formasını geyinən Georgi 2019-cu ilin yanvarından “Slaviya”da çıxış edir. Qapıçı 2019-cu ilin noyabrın Bolqarıstan millisində debüt edib.

Xəbər xətti