"Neftçi" II dövrənin ən yaxşısı oldu

Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümünün ilk yarısı başa çatıb. Klublar 2019-cu ildə ilk iki dövrənin oyunlarını keçiriblər. II dövrənin 7 turunda 28 matç baş tutub.


Sportal.az xəbər verir ki, bu qarşılaşmalarda “Neftçi” hamıdan çox – 14 xal toplayıb. Paytaxt təmsilçisi hamıdan çox qələbə qazanmaqla yanaşı ən çox qol vuran və ən az top buraxan komandadır. “Keşlə” 12, “Sumqayıt” isə 11 xal qazanıb.

 

Çempionatın lideri “Qarabağ” “Neftçi” və “Keşlə” kimi yalnız bir dəfə uduzub. Lakin ağdamlılar hamıdan çox heç-heçə ediblər.

 

Dövrədə qələbə qazanmayan yeganə komanda “Səbail”dir. Bakılılar 7 matçda 2 qol vurub, 2 xal yığıblar.

 

I dövrənin qalibi “Qarabağ” olub. Ağdam klubu 7 oyunda 7 qələbə qazanıb. 

 

Tarix: 9 Dekabr [11:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2020
23  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio