Elxan Məmmədov Dadaş Dadaşlinskinin verilişində

20:32 - 10 Dekabr 2019

AFFA-ın baş katibi Elxan Məmmədov İctimai Televiziyada Dadaş Dadaşlinskinin təqdimatında yayımlanan "3 D" verilişinin qonağı olub.

 

Sportal.az xəbər verir ki, bu haqda İTV-nin "facebook" səhifəsi məlumat yayıb.

 

“Çox istəyəndə olur. Bu axşam #elxangəlir. AFFA-nın baş katibi Elxan Məmmədov Dadaş Dadaşlinskinin suallarına cavab verəcək. Saat 22:40-da ekran qarşısında”, – deyə məlumatda bildirilib.


Bu verilişin maraqla gözlənilməsi səbəbsiz deyil. Dadaş Dadaşlinski bir neçə verilişdə Elxan Məmmədovu verilişə dəvət edib. Amma sonuncu verilişə gəlməyib. Buna səbəb kimi, Dadaşlinskinin futbolumuzun problemləri ilə bağlı verəcəyi gözlənilən tikanlı və sərt sualları göstərilib.

Xəbər xətti