Özbəkistan millisinin üzvü "Keşlə"də

"Keşlə" qış fasiləsi ərəfəsində ilk transferini reallaşdırıb.

Sportal.az klubun Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Şohruh Qadoyev karyerasını paytaxt təmsilçisində davam etdirəcək. "Keşlə" Özbəkistan millisinin üzvü ilə 1,5 illik müqavilə imzalayıb.

27 yaşlı yarımmüdafiəçi karyerasına "Nasaf"da başlayıb. Daha sonra Bəhreynin "Al-Muharraq", Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub.

Qadoyev Özbəkistan milli komandasının heyətində 14 oyun keçirib və 1 qol vurub.

Tarix: 11 Dekabr [13:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2020
24  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio