"Qarabağ" "Keşlə"yə, "Sumqayıt" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB

21:56 - 16 Dekabr 2019

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Neftçi" evdə "Sumqayıt"la qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

 

"Qarabağ" isə Tofiq Bəhramov adına Respublika Stadionunda "Keşlə"ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

 

Azərbaycan kuboku, ilk oyunlar

16 dekabr (bazar ertəsi)

 

18:00. “Neftçi” – “Sumqayıt” - 0:1

Qol: Rəhim Sadıxov, 48

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

“Bakcell Arena”

 

20:00. “Qarabağ” – “Keşlə” - 1:0

Qol: İsmayıl İbrahimli, 53

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu.

Xəbər xətti