"Səbail"də daha bir ayrılıq

17:28 - 21 Dekabr 2019

"Səbail" daha bir futbolçu ilə yolları ayırıb.

Sportal.az xəbər verir ki, Ağabala Ramazanovdan sonra Elvin Yunuszadə də paytaxt təmsilçisini tərk edib. Məlumatı klubun saytı yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Elvin bu ilin əvvəlindən "Səbail"də çıxış edirdi. O, bu klubda 25 matçda 2 qol vurub.

Xəbər xətti