Ağabala "Zirə"ni niyə seçib? - açıqladı

14:09 - 23 Dekabr 2019

"Zirə"nin yeni transferi Ağabala Ramazanov klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu transferindən danışıb:

 

"Zirə"yə keçdiyimə görə çox şadam. "Zirə" həmişə iddialı klublardan olub. Bilirəm ki, bu mövsüm də qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyub. Seçimimdə bu amil də xüsusi rol oynadı. İnanıram ki, bu yolda yeni komandama kömək edəcəm. Mənə etimad göstərdikləri üçün təşəkkür edirəm və bunu doğrultmağa çalışacam".

 

Ağabala "Səbail"dən "Zirə"yə keçib. Onunla 1,5 illik müqavilə imzalanıb.

Xəbər xətti