"Neftçi" Kiyev "Dinamo"su ilə qarşılaşacaq

22:47 - 26 Dekabr 2019

“Neftçi”nin yanvarın 11-dən 25-dək Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 20-də Belekdəki “Gloria Sports Arena”da Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

 

Qardaş ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi”nin yanvarın 15-dəkı rəqibi Polşanın “LKS Lodz” klubu olacaq. Yanvarın 24-ü baş tutacaq sonuncu sınaq matçındakı rəqib haqda daha sonra məlumat veriləcək.

Xəbər xətti