Hazardın geri dönəcəyi vaxt məlum oldu

15:55 - 28 Dekabr 2019

Çempionlar Liqasının qrup mərhələsinin PSJ ilə matçında (2:2) zədələnən “Real”ın futbolçusu Eden Hazardın geri dönəcəyi vaxt məlum olub.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi gələn ilin fevralında yaşıl meydanla dönəcək.

 

28 yaşlı futbolçu Madrid klubunda 8 oyuna çıxıb və 1 qol vurub.

Xəbər xətti