Luçeksu: "Sion"un prezidenti gözləməyə qərar verdi"

16:16 - 6 Yanvar 2020

Rumıniyalı məşqçi Mirça Luçesku gələcək karyerasından danışıb.

 

Sportal.az xəbər verir ki, 74 yaşlı çalışdırı Braziliyanın "Santos" klubunun "sükanı arxası"na keçmək istəmədiyini deyib. İsveçrənin "Sion" klubu ilə anlaşdığı barədə xəbərlərə münasibət bildirən mütəxəssis qarşı tərəfin gözləmə mövqeyinə keçdiyini deyib:

 

"Santos"la danışıq olub. Bir agent dostum bu təklifi etdi. Braziliyaya getmək gözəl olardı, amma çox uzaqdır. Onlara uğurlar arzu edirəm, inanılmaz klubdur. "Sion"un prezidenti mənimlə əlaqə saxladı, gözəl təklif etdi. Ancaq sonrada gözləməyi seçdi. Mən də geri dönmək istəyirəm".

 

Luçeskunun son iş yeri Türkiyə millisi olub.

 

Xəbər xətti