Dünyanın ən dəyərli futbolçusu müəyyənləşdi

12:55 - 7 Yanvar 2020

Beynəlxalq İdman araşdırmalar mərkəzi (CIES) dünyanın ən dəyərli futbolçularını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ən dəyərli futbolçu kimi PSJ-nin hücumçusu Kilian Mbappe göstərilib. Fransa millisinin üzvünün transfer qiyməti 265,2 milyon avrodur.

 

"Mançester Siti"dən Rahim Sterlinq 2-ci (223,7 milyon avro), "Liverpul"un hücumçusu Məhəmməd Salah 3-cü (175,1 milyon avro), Dortmund "Borussiya"sının vingeri Ceydon Sanço 4-cüdür 168,9 (milyon avro).

 

Futbolçuların dəyəri yaş, oynadıqları liqa və bəzi statistikalara görə təyin edilib.

 

Xəbər xətti