Dortmundu Berlinə dəyişir

15:55 - 7 Yanvar 2020

Mövsümün sonunda Dortmund "Borussiya"sı ilə müqaviləsi başa çatacaq Mario Qötse komandadan ayrılmağa qərar verib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, klub alman futbolçunun maaşını 30 faiz azaldaraq, ona yeni saziş təklif etsə də, Qötse bununla razılaşmayıb.

 

Məlumata görə, 27 yaşlı yarımmüdafiəçi Yurgen Klinssmanın çalışıdırdığı "Herta"ya keçəcək. O, mövsümün sonunda Berlin təmsilçisi ilə azad agent statusu ilə müqavilə imzalayacaq.

 

Qötse bu mövsüm 16 oyuna 3 qol vurub, 1 assist edib.

Xəbər xətti