Azərbaycan millisindəki karyerasını bitirir

11:11 - 10 Yanvar 2020

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova yığmadakı karyerasını bitirir.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu Avropa voleybol konfederasiyasının saytına açıqlamasında bu barədə deyib: “Tokio olimpiadasından kənarda qaldıq. Növbəti oyun üçün hələ də həyəcanlıyam. Bu, millidə son oyunum olacaq”.

 

Braziliyanın “Sesi Bauru” klubunda oynayan Polina 2007-ci ildən Azərbaycan millisinə dəvət alır.

Xəbər xətti