Renat Dadaşov "Vulverhempton"da dubl etdi

12:12 - 15 Yanvar 2020

İngiltərənin "Vulverhempton" klubunun U-23 komandası "Birmingham County Senior Challenge Cup"da növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "canavarlar" "Tivideyl" ilə qarşılaşmada 6:0 hesablı qələbə qazanıb. Azərbaycan millisinin üzvü Renat Dadaşov oyunda 2 qol vurub.

 

20 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda keçirib. "Vulverhempton" Renatı yenidən icarəyə vermək üçün klub axtarır.

Xəbər xətti