PSJ-dən "Arsenal"a

15:46 - 18 Yanvar 2020

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Leven Kurzavanın yeni klubu müəyyənləşib.

 

Sportal.az "France Football"a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "Arsenal"la anlaşıb. Fransalı futbolçu "topçular"la 4 illik müqavilə imzalayıb. Kurzava azad agent statusu ilə London klubuna keçib. O, iyulda yeni komandasına qoşulacaq.

 

PSJ Kurzavanı 2015-ci ildə "Monako"dan almışdı.

Xəbər xətti