"Sabah" "Kaysar"a qalib gəlib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" bu gün növbəti yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.

 

"Sabah" bundan əvvəlki yoxlama matçlarında  “Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub.

 

17:00. "Sabah" - "Kaysar" - 3:1

 

Tarix: 19 Yanvar [19:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Fevral 2020
22  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio