Kamran Quliyev: "Komandanı mövsümün sonuna kimi Füzuli Məmmədov çalışdıracaq"

"Neftçi"nin prezidenti Kamran Quliyev Roberto Bordinin istefaya göndərilməsindən danışıb.

 

Sportal.az xəbər verir ki, o, "CBC Sport"a açıqlamasında italiyalı mütəxəssislə dostcasına ayrıldıqlarını bildirib. Klub rəsmisi məşqçinin heç bir şərt irəli sürmədiyini söyləyib:

 

"10 gün bundan əvvəl Müşahidə Şurasının qərarı ictimaiyyətə çatdırılmışdı. Amma sonrakı gedişat bizim üçün bu addımı atmağa səbəb oldu. Vəziyyət ürəkaçan deyildi. Dostcasına ayrıldıq. Bordin tərəfdən heç bir şərt irəli sürülməyib. Təbii ki, biz hər şeyi izah etdik. Ona gələcək işində müvəffəqiyyətlər arzuladıq, təşəkkürümüzü bildirdik. Hesab edirəm ki, Bordinin dövrü "Neftçi"nin tarixinə, kitabına yazılacaq. Eyni zamanda, bizim təklif etdiyimiz bütün şərtlərə razılıq verdi və onunla vidalaşdıq".

 

Quliyev yeni baş məşqçi məsələsinə də toxunub: "Bizim güclü komandamız var. Füzuli müəllim də əlindən gələni edəcək, komandamızı daha yaxşı vəziyyətə gətirəcək. Yalnız bundan sonra baş məşqçi barədə söhbət edə bilərik. Bu gün Füzuli Məmmədov bizim baş məşqçimizdir. Yeni çalışdırıcı axtarışında deyilik və komandanı mövsümün sonuna kimi o çalışdıracaq".

Tarix: 20 Yanvar [13:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Fevral 2020
22  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio