Azərbaycan Premyer Liqası reytinqdə 14 pillə irəlilədi

13:23 - 21 Yanvar 2020

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən güclü çempionatlarının siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 100 çempionatın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 349 xalla 56-cı yerdə qərarlaşıb. Ötən il siyahıda 70-ci yeri olan Premyer Liqamız 1 il ərzində 14 pillə irəliləyib. Azərbaycanı Nigeriya, Əlcəzair, Estoniya, İran, Latviya çempionatları izləyir.

 

Qonşu ölkələrdən Rusiya 26-cı, Türkiyə 28-ci, Gürcüstan 51-ci, İran 60-cı, Ermənistan 80-cidir.

 

İngiltərə Premyer Liqası 1287 xalla siyahıya başçılıq edir. Braziliya A Seriyası 2-ci, İspaniya La Liqası 3-cü, İtaliya A Seriyası 4-cüdür.

Xəbər xətti