"Reyms"in futbolçusu "Qarabağ"dan niyə imtina edib?

Fransa I Liqa təmsilçisi "Reyms"in müdafiəçisi Yunis Əbdülhəmid 2017-ci ildə "Dijon"da oynayərkən "Qarabağ"dan təklif aldığını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Mərakəş əsilli fransalı futbolçu danışıq apardığını, ancaq təklifi qəbul etmədiyini deyib:

 

“Ökə xaricində çıxış etmək istədiyirdim. Azərbaycanın “Qarabağ” klubuna keçmək imkanım var idi. Cəlbedici təklif almışdım, maliyyə şərtləri də yaxşı idi. Ancaq tərəddüd etdim. “Dijon”da uğursuz təcrübədən sonra inkişaf edə biləcəyim bir klubda çıxış etmək istədim. Müntəzəm oynamamaqdan bezmişdim. Nəhayət, “Reyms” mənim üçün ən doğru seçim oldu”.

 

32 yaşlı futbolçu karyerası ərzində yalnız Fransada oynayıb. O, cari mövsüm Liqa 1-də 20 oyun keçirib və 1 qol vurub.

Tarix: 22 Yanvar [13:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Aprel 2020
4  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio