"Bayern" "Real"ın futbolçusunu icarəyə götürdü

15:49 - 22 Yanvar 2020

"Bayern" Madrid "Real"ının müdafiəçisi Alvaro Odriosolanı icarəyə götürüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı sağ cinah müdafiəçisi mövsümün sonuna qədər Münhen təmsilçisində çıxış edəcək. İspan futbolçu yeni klubunda 2 nömrəli formada mübarizə aparacaq.

 

Madrid klubu Odriosolanı 2018-ci ildə "Real Sosyedad"dan 30 milyon avroya transfer edib.

Xəbər xətti