Volkovdan ilk, “Zirə”dən 40-cı qol, Qadze 5-ə çatdı

“Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının son oyununda Serbiya təmsilçisi “Napredak”la qarşılaşıb. “Qartallar” balkanlılarla görüşdə 2:0 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada hesabı açan Riçard Qadze komandanın beynəlxalq yoxlama oyunlarında 5-ci dəfə fərqlənib. O, “Zirə”nin Türkiyədə xarici klublara qarşı keçirdiyi matçlardakı ən yaxşı bombardiridir.

 

“Napredak”la görüşdə 2-ci qola imza atan Davit Volkov isə “Zirə”də ilk dəfə fərqlənib. Qol hesabını açan gürcüstanlı “qartallar”ın bu matçlarda rəqib qapısına yol tapan 27-ci futbolçusudur. Daha bir dəfə rəqib avtoqolu qeydə alınıb.

 

Volkovun qolu həm də komandanın beynəlxalq yoxlama oyunlarındakı yubiley – 40-cı qoludur. 29 matçda bu qədər qol vuran “Zirə”nin orta məhsuldarlığı 1,38-ə bərabərdir.

Tarix: 22 Yanvar [16:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2020
24  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio