"Neftçi"nin Ukrayna klubu ilə matçının vaxtı açıqlandı

11:05 - 23 Yanvar 2020

Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin Ukraynanın “Desna” klubu ilə keçirəcəyi yoxlama oyununun başlama saatı məlum olub.

 

Sportal.az xəbər verir ki, yanvarın 24-də “Emir Hotels Spor Kompleksi”nin stadionunda keçiriləcək oyun saat 18:00-da start götürəcək.

 

“Neftçi” Antalya toplanışı çərçivəsində keçirdiyi yoxlama matçında Polşanın “LKS Lodz” klubuna 0:4, Kiyev “Dinamo”suna isə 1:2 hesabıyla uduzub.

Xəbər xətti