"Liverpul"un 22-ci qələbəsi - VİDEO

İngiltərə Premyer Liqasında 24-cü turun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, "Liverpul" səfərdə "Vulverhempton"a 2:1 hesabı ilə qalib gəlib.

 

Bir oyunu ehtiyatda olan "qırmızılar" 23 oyunun 22-də qalib gəlib, 1-də heç-heçə edib.

 

Premyer Liqada turnir cədvəlinə 67 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 51 xalla 2-ci, "Lester Siti" 48 xalla 3-cüdür. 34 xalı olan "Vulverhempton" 7-ci sırada qərarlaşıb.

 

"Vulverhempton" - "Liverpul" - 1:2

Qollar: Raul Ximenes, 51 - Cordan Henderson, 8, Roberto Firmino, 84

 

Tarix: 24 Yanvar [01:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Fevral 2020
25  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio