Ovusu: "Belə klubda oynamaq mənim üçün arzu idi"

"Qarabağ"ın yeni transferi Ovusu Kvabena klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı forvard keçid haqda öz fikirlərini bildirib:

 

"Qarabağ"a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq arzum idi. Ümid edirəm ki, burada hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın 6 dəfə ardıcıl çempion olan komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələnin ən yaxşısını edəcəm.

 

"Qarabağ"dan təklif gələndə burada heç kimi tanımırdım. Bilirdim ki, iki il öncə Çempionlar Liqasında çıxış edib. Belə klubda oynamaq mənim üçün arzu idi və təklif gələndə çox sevindim. Gənc futbolçuyam və bu təklif mənim üçün əla imkandır. Öz şəxsi hədəfim haqqda heç nə deməyəcəm, məncə, ən yaxşısı elə meydanda göstərməkdir. Bilirəm, azarkeşlər indi fikirləşir ki, mən necə futbolçuyam. Ümid edirəm, oyunumla özümü onlara sevdirəcəm".

Tarix: 24 Yanvar [12:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Fevral 2020
25  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio