"Kəpəz" 2 yoxlama görüşü keçirəcək

11:00 - 25 Yanvar 2020

Divizionda çempionatın növbəti hissəsinə hazırlıqla bağlı Bakıda məşq edəcək “Kəpəz” paytaxtda olduğu müddətdə iki yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi aşağı liqa təmsilçilərindən olan “Səbail-2” və “Keşlə-2” komandaları ilə qarşılaşacaq. Birincilərlə nəzərdə tutulan oyun bu gün "ASCO Arena"da, sonuncular ilə görüş isə yanvarın 28-də "ASK Arena"da baş tutacaq. Hər iki matç saat 12:00-da başlayacaq.

Xəbər xətti