Əmrə Can Almaniyaya qayıdır

01:01 - 28 Yanvar 2020

"Yuventus"da əsas heyətə düşməkdən çətinlik çəkən Əmrə Can Dortmund "Borussiya"sına keçməyə yaxındır.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Almaniya millisinin üzvü Dortmund təmsilçisi ilə müqavilənin şərtlərində razılıq əldə edib. Klublar transfer məbləğində razılaşandan sonra keçid rəsmiləşəcək.

 

"Yuventus" 26 yaşlı yarımmüdafiəçini ən azı 25-30 milyon avroya satmağı düşünür. "Borussiya"nın təklifi isə 20 milyon avrodur. Tərəflərin tezliklə bu məsələni çözəyi gözlənilir.

 

Əmrə Can bu mövsüm 8 oyun keçirib.

 

Türkiyə əsilli oyunçu Münhen "Bayern"ində yetişib və 2013-cü ildə "Bayer"ə 5 milyon avroya transfer olub. "Liverpul" 1 il sonra onu 12 milyon avroya heyətinə qatıb. Əmrə 2018-ci ilin yayında azad agent statusu ilə "Yuventus"a keçib.

Xəbər xətti