Yevgeni Koçuk "Sabah"da! - RƏSMİ

15:26 - 28 Yanvar 2020

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçukla 1,5 illik müqavilə imzalayıb.

 

26 yaşlı futbolçu karyerası ərzində “Daçia” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası “Səbail” olub.

 

Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyun keçirib.

 

Image may contain: 1 person, standing

Image may contain: one or more people, people sitting and table

Xəbər xətti