"Kəpəz" "Keşlə"ni böyük hesabla məğlub etdi

17:12 - 28 Yanvar 2020

“Kəpəz” Bakı hazırlığı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” “Keşlə-2” komandası ilə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb.

 

Gəncə klubundan qolları ilk yarıda penaltidən Nodar Məmmədov, fasilədən sonra oyun vəziyyətlərindən Nicat Məmmədov, Əli Səmədov və Elvin Nəsibov vurub.

 

Xəbər xətti