Millinin baş məşqçi postuna 5 namizəd müəyyənləşdi

23:23 - 28 Yanvar 2020

AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan millisinin baş məşqçi postuna 32 namizədin olduğunu açıqlamışdı.

 

Sportal.az xəbər verir ki, həmin namizədlərdən 5-nin adı məlumdur. İTV kanalı bu gün AFFA-nın konfransında Elxan Məmmədovun əlində olan dəftərdən millinin baş məşqçi vəzifəsinə namizəd olan 5 mütəxəssisin adını lentə alıb.

 

Telekanalın əməkdaşı Tural Dadaşov həmin namizədləri sosial şəbəkə hesabında paylaşıb. Onlardan 3-ü italiyalıdır. Bunlar Canni Di Byazi, Luici Di Byaco və Çezare Prandellidir. Digər 2 namizəd isə rusiyalı Oleq Kononov və serbiyalı Branko İvankoviçdir.

 

İcraiyyə Komitəsinin 15 gün sonra keçiriləcək iclasında namizədlərin sayı 32-dən 15-ə endiriləcək.

 

Luici Di Byaconun 48 yaşı var. "Roma", "İnter", "Breşiya" klublarının sabiq yarımmüdafiəçisi 2013-2019-cu illərdə İtaliyanın U-21 millisini çalışdırıb.

 

"Qalatasaray", "Fiorentina", "Roma", "Valensiya" kimi klubları çalışdırmış 62 yaşlı Prandellinin son iş yeri "Cenoa" olub.

 

Albaniya millisini AÇ-2016-nın final mərhələsinə çıxaran Canni De Byazi 3 ildir işsizdir. Onun adı İran millisi ilə də hallanır.

 

53 yaşlı Kononov 2018/19 mövsümündə Moskva "Spartak"ının baş məşqçisi olub. O, "Krasnodar", "Axmat" və "Arsenal" (Tula) klublarını da çalışdırıb.

 

65 yaşlı Branko İvankoviç isə yanvarın 19-u Oman millisinin baş məşqçisi təyin edilib. Görünür, bu şəxsin namizədliyi təqdim ediləndə onun yeni iş yeri tapmasına fikir verən olmayıb.

 

Image may contain: 1 person

Xəbər xətti