Azərbaycanlı futbolçu Tbilisi klubunda

15:44 - 31 Yanvar 2020

"Kəpəz"in futbolçusu Tural Rzayev karyerasını yenidən ölkə xaricində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin futbolçusu Gürcüstanın "Merani" klubuna keçib. O, Tblisi təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

 

"Merani" yeni mövsümdən Gürcüstanın yüksək liqasında yarışacaq.

 

26 yaşlı yarımmüdafiəçi daha öncə Litvanın "Yonava" klubunda oynamışdı.

Xəbər xətti