Azərbaycanlı futbolçular Tailand klubunda

22:31 - 4 Fevral 2020

Daha iki azərbaycanlı futbolçu karyerasını Tailandda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Anar Babayev və Kamil Hüseynov 4-cü liqada mübarizə aparan “Muanqnont Bankunmae” klubuna transfer olunublar. Hər iki futbolçu ilə bir illik sözləşmə imzalanıb.

 

Azərbaycanda “Səbail”in forması geyinən Babayev daha əvvəl Tailandın “Sinqburi Banqrajun” klubunda oynayıb. Hüseynov isə əvvəl AZAL-da çıxış edib.

 

Daha öncə Məmməd Quliyev Tailandın 3-cü liqa təmsilçisi “Kamhenqphet”ə keçmişdi.

Xəbər xətti