Vyetnam klubu Dadaşovu bəyənməyib

10:30 - 5 Fevral 2020

Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Proysen"dən ABŞ klubu "Foneks Rayzinq"ə keçən Rüfət Dadaşov bu qış Vyetnamın "Nam Din" komandasında baxışda olub.

 

Sportal.az "bongdanet.vn" saytına istinadən xəbər verir ki, Rüfətlə yanaşı, daha 4 futbolçu baxışda olub. Baş məşqçi Fabion onlardan yalnız braziliyalı Rafaelsonu bəyənib.

 

Dadaşov yanvarda "Foneks Rayzinq"ə keçib.

Xəbər xətti