"Kəpəz" "Keşlə" ilə oyuna 2 itki ilə çıxacaq

Sabah I Divizionda XV turun oyunlarına start veriləcək. Tur çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda “Keşlə-2” komandasını qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” görüş öncəsi son məşqə matçın keçiriləcəyi arenada çıxıblar. Hazırlıq prosesi təxminən 45 dəqiqə sürüb və yüngül xarakter daşıyıb. Çalışmalarda toplu hərəkətlərə üstünlük verilib.

 

Bakı kollektivi ilə oyuna “Kəpəz” itkilərlə çıxacaq. Komandanın iki futbolçusu cəzalıdır. Novruz Məmmədov sarı vərəqə limitinə görə kənarda qalacaqsa, Orxan Abdullayev ötən tur qırmızı vərəqə aldığı üçün qarşılaşmanı tribunadan izləyəcək.

 

“Kəpəz” – “Keşlə-2” matçı fevralın 13-ü saat 14:00-da başlayacaq.

Tarix: 12 Fevral [20:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 İyul 2020
1  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio