Hakim Ziyeş "Çelsi"də - rəsmi

16:39 - 13 Fevral 2020

“Çelsi” "Ayaks"ın yarımmüdafiəçisi Hakim Ziyeşi transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, mərakeşli futbolçu yayda London təmsilçisinə qoşulacaq. “Zadəganlar” 26 yaşlı futbolçunun transferi üçün Amsterdam təmsilçisinə 40 milyon avro təzminat ödəyib. Daha 4 milyon avro bonuslar şəklində ödəniləcək.

 

"Ayaks" Mərakeş millisinin üzvünü 2016-cı ildə "Tvente"dən 11 milyon avroya transfer etmişdi. Ziyeş "Ayaks"da 160 oyunda 49 vurub.

Xəbər xətti