Sənan Süleymanov: "Olimpiadada uğurumun davamını gətirməyə çalışacam"

İtaliyanın paytaxtı Romada Avropa çempionu olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanov fikirlərini bildirib.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, Süleymanov təəssüratlarını bölüşüb:

 

“İlk dəfə bu çəkidə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir. Gözləmədiyim halda çempion oldum. İlk görüşdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni idi. Onu da məğlub etməyi bacardım. Əlbəttə, cənab prezidentin və xanımının bizi təbrik etməsi motivasiyamızı artırır, gələcək yarışlar ərəfəsində daha da ruhlandırır. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir. Bu təbriklərdən xəbər tutandan sonra qürur hissi keçirdim. Gələcəkdə dünya çempionatında və Olimpiadada da uğurumun davamını gətirməyə çalışacam”.

Tarix: 14 Fevral [11:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Fevral 2020
17  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio