"Yaxşı baş məşqçi olmaq istəyirsinizsə, "Liverpul"un oyununu izləyin"

12:45 - 16 Fevral 2020

"Leyptsiq"in 32 yaşlı baş məşqçisi Yulyan Naqelsmann açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa tarixinin ən gənc baş məşqçisi Yurgen Kloppla Pep Qvardiolaya heyran olduğunu deyib:

 

"Liverpul" inanılmaz dərəcədə dəyişdi. Klopp ilk iki mövsümündə əks-hücum modelini tətbiq edirdi. Əgər yaxşı baş məşqçi olmaq istəyirsinizsə, "Liverpul"un oyununu izləməlisiniz. Bu mövsüm "Leyptsiq"i də bu sistemlə irəli aparmaq istəyirik. Sadəcə, pressinq və əks-hücumlarda daha yaxşı olmalıyıq.

 

"Liverpul" demək olar, çempionluğu təmin edib. Ancaq hələ də qələbəyə ac şəkildə meydana çıxırlar. "Liverpul"la "Mançester Siti"nin oyunlarını tez-tez izləyirəm. Pep Qvardiolanın komandasının topa sahib olma sistemindəki maraqlı taktikalarını araşdırıram".

Xəbər xətti