PSJ-nin prezidenti ittiham edildi - dünya çempionatlarının yayım hüququ üçün rüşvət verib

18:26 - 20 Fevral 2020

İsveçrə Baş Prokurorluğu PSJ-nin prezidenti Nasser Əl-Xəlafini korrupsiyada ittiham edib.

 

Sportal.az xəbər verir ki, "beIN Media Group"un sahibinin FIFA-nın keçmiş baş katibi Jerom Valkeyə rüşvət verdiyi iddia edilir.

 

Valkenin rüşvət qarşılığında 2018, 2022, 2026 və 2030-cu illərdəki dünya çempionatlarının yayım hüququnun "beIN Media Group"un əldə etməsində kömək etdiyi bildirilir. Prokurorluq keçmiş baş katibin 1,25 milyon avro rüşvət aldığını bildirir.

 

Qətərli iş adamı dünya çempionatının yayım hüquqları üçün Valkeyə Sardiniyada villa bağışlayıb.

Xəbər xətti