Elxan Məmmədov Rayan Giqqzlə görüşdü - FOTOLAR

Uel millisinin baş məşqçisi Rayan Giqqz, Media və Marketinq meneceri Yan Hyuz, təhlükəsizlik departamentinin rəisi Qrant Eşton Briqqz və kit menecer Devid Tudor Qriffitsin daxil olduğu nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.

 

Sportal.az xəbər verir ki, görüşdə AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılaşmaların yüksək səviyyədə təşkli olunacağına əminlik ifadə olunub.


Elxan Məmmədov bir müddət əvvəl Bakıda səfərdə olmuş Türkiyə millisinin baş məşqçisi Şenol Güneşlə də görüşmüşdü.

 

 

Tarix: 24 Fevral [14:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio